

Filippində qayıq aşıb, 26 nəfər ölüb
Filippindəki Laquna de Bey körfəzində qayıq batıb, 26 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə "GMA News" məlumat yayıb.
Qayığın batmasına səbəb güclü külək vaxtı sərnişinlər arasında yaranan təşviş olub.
Filippin Sahil Mühafizəsinin sözçüsü Armando Balilo bildirib ki, qəzada 40 nəfər xilas edilib.
Onun sözlərinə görə, güclü küləkdən həyəcana keçirən sərnişinlər qayıqda çaxnaşma yaradıb, bu da nəqliyyat vasitəsinin aşmasına səbə olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır