Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

“APM Terminals”-ın baş direktoru “TT Club”-ın direktorlar şurasının sədri təyin edilib

“APM Terminals”-ın keçmiş baş direktoru Morten Engelstoft Britaniyanın qarşılıqlı sığorta şirkəti “TT Club”-ın direktorlar şurasının sədri təyin edilib. Bundan əlavə, M. Engelstoft Nəqliyyat Daşıyıcılarının Qarşılıqlı Sığortalanması Beynəlxalq Assosiasiyasının Direktorlar Şurasına rəhbərlik edəcək.

M. Engelstoft 36 il “A.P. Moller – Maersk” şirkətində, o cümlədən son 6 ildə bu ilin iyun ayında tərk etdiyi “APMT”-nin rəhbəri kimi çalışıb.

1968-ci ildə yaradılan “TT Club” sığorta şirkətinin  konteyner sahibləri və operatorları, limanlar və terminallar, logistika şirkətləri də daxil olmaqla 1,1 mindən çox üzvü var.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır