Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

Çinin ilk böyük kruiz gəmisinin ikinci dəniz sınaqları oktyabra planlaşdırılıb

Çinin ilk böyük kruiz gəmisi “Adora Magic City” ilk dəniz sınaqlarını başa vuraraq daimi qeydiyyat limanı Şanxaya qayıdıb.

“Seanews.az” xəbər verir ki, dəniz sınaqları Çin Dövlət Gəmiqayırma Korporasiyası “CSSC”-nin törəmə şirkəti və laynerin tikinti podratçısı olan “Shanghai Waigaoqiao Shipbuilding” tərəfindən iyulun 17-də gəminin yola salınması ilə başlamışdı. Gəmi iyulun 24-ü axşam saatlarında tərsanəyə qayıdıb.

Səkkiz gün davam edən sınaq zamanı mütəxəssislər gəminin sistemləri, güc, hərəkət və idarəetmə vasitələri daxil olmaqla 60 funksiyanı sınaqdan keçiriblər. Gəmidə sərnişinlərin rahatlığı üçün yaradılan şərait də sınaqdan keçirilib.

“Adora Magic City”-nin təkmilləşdirilməsi davam etdiriləcək, xüsusən də daxili bəzək işləri görüləcək. Gəminin ikinci dəniz sınaqları bu ilin oktyabrına planlaşdırılıb.

Qeyd edək ki, 135,5 min ton yükgötürmə qabiliyyətinə malik olan kruiz layneri 6500-dən çox sərnişinlə səfərə çıxacaq. Laynerdə otel, kinoteatr və akvapark fəaliyyət göstərəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır