

“USS Canberra” Kanberra şəhərinin adını daşıyan ikinci gəmidir
Sidneydə (Avstraliya) ABŞ Hərbi Dəniz Qüvvələri üçün “Independence” variantında ən yeni sahil gəmisinin təhvil verilməsi mərasimi keçirilib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, gəmi “USS Canberra” (“LCS 30”) adlandırılıb.
“Independence” variantındakı “LCS” həm sahilə yaxın ərazilərdə, həm də açıq okeanda işləyən sürətli döyüş gəmiləridir.
Oxşar gəmilər - “USS Canberra”, “USS Jackson” (“LCS 6”), “USS Gabrielle Giffords” (“LCS 10”), “USS Manchester” (“LCS 14”) və “USS Mobile” (“LCD 26”) hazırda Hind-Sakit okeandadır.
“LCS 30” “Independence” variantında xidmətə daxil olan 16-cı “LCS” və Kanberra şəhərinin adını daşıyan ikinci gəmidir. ABŞ və Avstraliya arasında 100 ildən çox əməkdaşlığa həsr olunub. İlk “USS Canberra” (“CA 70”) ABŞ Hərbi Dəniz Qüvvələri ilə birlikdə döyüşərkən Savo adasında batmış Avstraliyanın ağır kreyser “HMAS Canberra”-nın şərəfinə adlandırılmışdır. “CA 70” ABŞ Hərbi Dəniz Qüvvələrinin xarici ölkənin paytaxtının adını daşıyan ilk gəmisi idi.
“Seanews.az”