Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

“CMA CGM” gəmiçilik şirkəti “Maersk”-i keçə bilər

 “CMA CGM” yeni gəmi tikintisi və təkrar bazar alışları sayəsində “Maersk”-i arxada qoya və ikinci ən böyük konteyner daşıyıcısı ola bilər.

“Seanews.az” xəbər verir ki, “CMA CGM”-nin hazırkı donanmasına ümumi tutumu 3,49 milyon TEU olan 625 konteyner gəmisi daxildir və 1,24 milyon TEU tutumlu 122 konteyner gəmisinin tikintisini sifariş verib.

Müqayisə üçün deyək ki, “Maersk”-in mövcud konteyner donanmasının ümumi tutumu 4,4 milyon TEU-dur və 400 000 TEU tutumlu yeni gəmilər sifariş edib.

“2022-ci ildə “MSC” tərəfindən zirvədən kənarlaşdırılan “Maersk” daha çox gəmi almasa, 2026-cı ilə qədər yeni gəmilərin istifadəyə verilməsi nəzərə alınmaqla onun daşıma qabiliyyəti cəmi 4,54 milyon TEU təşkil edəcək və 4,73 milyon TEU ilə “CMA CGM” şirkəti “Maersk”-i keçəcək”, - nəşr yazır.

“CMA CGM”-nin yeni konteyner gəmiləri üçün sifariş kitabçası əməliyyat donanmasının 35,5%-ni təşkil edib. Yeni gəmilər və böyük ikinci əl alış proqramı ilə donanmasının genişləndirilməsini sürətləndirən “MSC”-dən fərqli olaraq, “CMA CGM” bir az fərqli yanaşma nümayiş etdirir, məsələn həm də yeni orta ölçülü gəmilər kirayələyir.

“CMA CGM”-nin konteyner donanması 2009-cu ilin iyulunda 1 milyon TEU və 2016-cı ilin yayında 2 milyon TEU həddini keçdi. “Neptune Orient Lines” (“APL”) şirkətinin alınması “CMA CGM”-in donanmasının tutumunu 1,79 milyon TEU-dan 2,34 milyon TEU-ya qədər artırdı.

“MSC” kimi, “CMA CGM” şirkəti də 2020-ci ildə, yükdaşıma tarifləri pik nöqtəyə çatmağa başlayanda təkrar bazardan konteyner gəmiləri almağa başladı. Bütün ölçülərdə 427 min TEU gəmi satın alan fransız xətti həmçinin “CMA CGM” 170 gəmini icarəyə götürməyi planlaşdırır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır