

Amsterdam turizmin məhdudlaşdırılması çərçivəsində kruiz terminalını bağlamaq niyyətindədir
Amsterdam şəhər şurası şəhərin mərkəzindəki kruiz gəmilərini qəbul edən terminalı bağlamaq qərarına gəlib.
Britaniyanın “The Guardian” qəzetinin yazdığına görə, şəhər hakimiyyəti bu addımı Niderlandın paytaxtının mərkəzində kütləvi turizmi məhdudlaşdırmaq məqsədilə atıb.
Qəzet sosial demokratlar “PvdA” və ətraf mühit partiyası “GroenLinks” ilə birlikdə şəhər şurasında çoxluğu təşkil edən sağ mərkəzçi “D66” partiyasının bəyanatından sitat gətirir: “Ətraf mühiti çirkləndirən kruiz gəmiləri şəhərimizin ekoloji məqsədlərinə cavab vermir.
“D66”-nın mətbuat xidməti həmçinin qeyd edib ki, kruiz gəmilərinin keçidi şəhərin tarixi cənub rayonu ilə Şimal rayonu arasında ən son inkişaf layihələrinə bağlı olan yeni körpünün tikintisi planları ilə bir araya sığmır.
Şəhərin tarixi mərkəzində sükutu bərpa etmək və turizmi məhdudlaşdırmaq üçün digər tədbirlərə “Qırmızı İşıq” dairəsi küçələrində marixuananın çəkilməsinin qadağan edilməsi də daxildir. Mart ayında turistlərin qaynar nöqtələrə səfərindən çəkindirmək üçün “Uzaqda qalın” kampaniyasına start verilib.
“Seanews.az”