

Flaqmanı “Admiral Naximov” gəmisi əvəz edəcək
Nüvə enerjisi ilə işləyən raket kreyseri “Pyotr Velikiy” eyni tipli “Admiral Naximov” hərbi gəmisinin təmiri və təkmilləşdirilməsindən sonra istismardan çıxarılacaq.
Ordu.az xəbər verir ki, Rusiyanın Şimal Donanmasının flaqmanı kimi xidmət edən və dünyanın ən böyük döyüş gəmisi olan “Pyotr Velikiy” bu yaxınlarda xidmətinin 25-ci ilini qeyd edib.
Nüvə elektrik stansiyası və raket silahları ilə silahlanmış, NATO-nun hesabatlarında “Kirov” sinfi kimi tanınan bu güclü gəmi, ilk növbədə, böyük suüstü hədəfləri vurmaq və sualtı qayıqlara qarşı döyüşlərdə uğuru təmin etmək vəzifəsini daşıyır.
“Pyotr Velikiy”i əvəz edəcək “Admiral Naximov” döyüş kreyseri təmir və modernləşdirmə işlərindən sonra bu ilin dekabrında və ya gələn ilin mayında dəniz sınaqlarına çıxacaq.