Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

Nüvə sualtı qayığı Busana yan alıb

Ağ Ev rəsmisi tərəfindən verilən açıqlamada Şimali Koreyadan artan hərbi təhdidlərə cavab olaraq ABŞ nüvə sualtı qayığının son 40 ildə ilk dəfə Cənubi Koreya limanını ziyarət etdiyi açıqlanıb.

Ordu.az xəbər verir ki, Şimali Koreya və Cənubi Koreya arasındakı münasibətlər diplomatiyanın dalana dirənməsi və Şimali Koreya lideri Kim Çen Inın silahların, o cümlədən taktiki nüvə silahlarının inkişaf etdirilməsini artırmağa çağırması ilə tarixin ən aşağı səviyyələrindən birinə enib.

Seul və Vaşinqton Şimali Koreyaya cavab olaraq strateji varlıqları ilə birgə hərbi təlimlər keçirərək müdafiə sahəsində əməkdaşlığı artırıb.

Ağ Evin Hind-Sakit Okean üzrə koordinatoru Kurt Kempbel jurnalistlərə açıqlamasında deyib ki, ABŞ-nin nüvə sualtı qayığı 40 ildə ilk dəfə Busana yan alıb.

O bildirib ki, bu addım ABŞ-nin bölgədə istədiyi sabitlik siyasətinin bir hissəsi olaraq atılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır