

Yanan quru yük gəmisində təmir işləri görülür
İyunun 16-da Naxodkadan 25 mil aralıda yanan Marşal Adaları bayrağı altında üzən “Beks Force” quru yük gəmisi hələ də suda – yanğın baş verdiyi ərazidədir. Filippin və Türkiyə vətəndaşları olan heyət yanğın zamanı dəyən ziyanı aradan qaldırır.
“Seanews.az” xəbər verir ki, gəmiyə yaxınlıqda yedək gəmisi növbətçilik edir.
Qeyd edək ki, “Beks Force” quru yük gəmisi Çindən Vostoçnı limanına gedərkən maşın şöbəsində yanğın baş vermişdi.
Yaralanan iki heyət üzvü təxliyə edilmişdi. Qalan heyət üzvləri təxliyə olunmaqdan imtina etmişdilər. Yanğın iyunun 16-da axşam saatlarında söndürülmüşdü.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır