Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-03,
Seanews
Heyder Eliyev

Panama kanalının administrasiyası quraqlıq səbəbindən gəmilərin suya oturumu üzrə daha bir limit qoyub

Panama Kanalı İdarəsi (ACP) gəmilərin yeni Neopanamax şlüzlərindən keçməsinə əlavə məhdudiyyətlər barədə məlumat verib.

"Seanews.az" xəbər verir ki, gələn həftədən Neopanamax şlüzlərindən keçən gəmilər üçün icazə verilən maksimum suya oturum həddi 13,56 metr ilə müqayisədə 13,26 metr olacaq.

Keçən ay mətbuata şərhində Kanalın rəhbərliyi mövcud şərtləri 1950-ci ildən bəri "görünməmiş bir quraqlıq"la izah  edib.

Kanal operatoru kanaldan keçən gəmilərin sayının 36-dan 28-ə, yəni 25%-ə qədər məhdudlaşdırılması kimi tədbirlərinin mümkün tətbiqi barədə də xəbərdarlıq edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır