Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

Süveyş kanalından ildə 19 min gəmi istifadə edir

Misirin Süveyş kanalının istismarından əldə etdiyi gəlir ildə 9,4 milyard dollar təşkil edib.

"Seanews.az" xəbər verir ki, bu barədə kanalın administrasiyasının rəhbəri Usamə Rabia bildirib.

"Cari maliyyə ilində kanal 9,4 milyard dollar gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 35% çoxdur", - deyə Rabia “Əl-Yaum əs-Sabia”xəbər portalına bildirib.

Onun dediyinə görə, yeni kanalın uzunluğunun 10 km artırılması, kanalının dərinləşdirilməsi və genişləndirilməsini nəzərdə tutan hidrotexniki qurğunun cənub hissəsinin inkişafı layihəsinin “bu il başa çatdırılması planlaşdırılır”.

Rabia Misir hakimiyyətinin Süveyş kanalını özəlləşdirmək niyyətində olmadığını təsdiqləyib. "Süveyş kanalı rəhbərliyinin aktivləri Misir xalqına məxsusdur və özəlləşdirilə bilməz", - administrasiya rəhbəri bildirib.

Süveyş kanalı 1869-cu ildə naviqasiya üçün açılıb və 2014-cü ilin avqustunda 72 km uzunluğunda paralel kanalın tikintisinə başlanılıb. Hazırda Süveyş kanalının iki qolu dünya yük daşımalarının təxminən 12%-ni təmin edir, bu, neftin tankerlərlə daşınması üçün ən işlək su yollarından biridir. Oradan maye qaz daşıyan gəmilərin 8%-i keçir. Ümumilikdə ildə 19 minə qədər gəmi kanaldan istifadə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır