

Filippin sularında baş verən qəza itkisiz ötüşməyib
Balıqçı gəmisi Filippinin cənubundakı Şərqi Davao əyaləti sahillərində batıb.
“Sinhua” agentliyi ölkənin sahil mühafizəsinə istinadən xəbər verir ki, xilasedicilər bir nəfərin cəsədini çıxarıb, itkin düşən 9 nəfərin axtarışları davam etdirilir.
Məlumata görə, göyərtəsində ən azı 24 nəfər olan “Genesis 2” gəmisi yerli vaxtla saat 01:00 radələrində Banqanq şəhəri yaxınlığındakı sularda “yarı batıb”.
Yaxınlıqdakı balıqçı qayıqları dərhal köməyə gələrək 14 nəfəri xilas ediblər.
Sahil mühafizəsi axtarış-xilasetmə işlərinə kömək etmək üçün bölgəyə gəmi göndərib.
“Seanews.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır