

Çin Haynan adasında yeni liman tikəcək
Cənubi Çin dənizinin tədqiqi üçün Haynan adasında böyük tədqiqat mərkəzinin yaradılması çərçivəsində liman infrastrukturunun qurulması planlaşdırılır.
“Seanews.az” xəbər verir ki, yeni liman müxtəlif dərəcəli tədqiqat gəmilərini qəbul edə biləcək.
Tikinti Çin Dövlət Gəmiqayırma Korporasiyası (CSSC) tərəfindən həyata keçirilir. Şirkət qeyd edib ki, tədqiqat mərkəzi bütün sənaye sahələrinin, o cümlədən müdafiə kompleksinin maraqlarına uyğun fəaliyyət göstərəcək.
İlk gəmi “Beidiao 996” artıq sınaq bazasına yanaşıb. O, müxtəlif missiyaları, o cümlədən ətraf mühit və dəniz elmi tədqiqatlarını yerinə yetirə bilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır