

Çin şirkəti Hamburqdakı konteyner terminalında 24,99% pay alır
İnvestisiyaların yoxlanılması prosesi başa çatdıqdan sonra “Hamburger Hafen und Logistik AG” (“HHLA”) və “COSCO Shipping Ports Limited” (“CSPL”) iyunun 19-da “Tollerort Konteyner Terminal”ında (“CTT”) “CSPL”-nin payına dair müqavilə imzalayıblar.
“Seanews.az” xəbər verir ki, müqaviləyə əsasən, “CSPL” şirkəti “HHLA”-nın Hamburqdakı konteyner terminalında 24,99% pay alır.
Bundan sonra “CTT” şirkəti “COSCO” tərəfindən Asiya və Avropa arasında çatdırılan yüklərin idarə olunması mərkəzinə çevriləcək.
“PortNews”-un yazdığı kimi, 2022-ci ilin oktyabrında “HHLA” və “CSPL” şirkətləri Almaniya hökuməti ilə “HHLA Konteyner Terminalı Tollerort”-da 25% pay almaq üçün danışıqların şərtlərini razılaşdırdılar. Tərəflər razılaşmanın təfərrüatlarını açıqlamadılar.
Daha əvvəl “HHLA”şirkəti qeyd edib ki, Çin Almaniyanın və xüsusilə Hamburq limanının ən böyük ticarət tərəfdaşıdır. Bu limanda daşınan yük axınlarının təxminən 30%-i Çindən gəlir və ya əksinə, Çin limanlarına gedir.