Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

Ventspils limanında daha çox neft məhsulları işlənib

2023-cü ilin yanvar-may aylarında Latviyanın Ventspils limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% azalaraq 4,9 milyon ton olub.

“Seanews.az”-ın məlumatına görə, həcmi baxımından daha çox neft məhsulları işlənib. Hesabat dövründə limanda neft yüklərinin ötürülməsinin həcmi 19% azalsa da, ümumilikdə digər yüklərdən çox - 2,16 milyon ton təşkil edib.

Aşırılmasının həcminə görə ikinci yerdə Qazaxıstan kömürüdür. Yanvar-may aylarında limanda balkerlərin işlənməsi 31% azalaraq 1,7 milyon tona enib.

Bərə daşımaları (Ro-Ro) Ventspilsdə üçüncü ən böyük yük qrupu idi. Ümumi yüklərin aşırılmasının həcmi 18% azalaraq 1 milyon tona enib.

Hesabat dövründə limana 538 gəmi yan alıb ki, bu da 6% azdır.

Ventspils limanı Venta çayının mənsəbinin yaxınlığında yerləşir.

2022-ci ildə limanda 14,7 milyon ton yük aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır