

Tarraqona limanında iki gəmi toqquşub
İspaniyanın Tarraqona limanında (Kataloniyanın muxtar icması) iki gəmi toqquşub.
“Seanews.az” xəbər verir ki, hadisə “Karpat” gəmisi körpüdə olarrkən, anbarları qarğıdalı ilə dolu “Elena VE” gəmisi isə körpüyə yan almaq istəyərkən baş verib.
Tələfat yoxdur, yalnız gəmilərin gövdəsi zərbəyə məruz qalıb.
Hər iki gəmi Liberiya bayrağı altında üzür.
“Diari de Tarragona” qəzetinin araşdırmasına görə, “Elena VE” qarğıdalını Ukraynadan gətirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır