Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

Saxalin sahillərində saya oturan “Xing Yuan” gəmisini təmir etmək mümkün olmayacaq

Dəniz Xilasetmə Xidmətinin Saxalin bölməsinin dalğıcları “Rusiya Dəniz Gəmiçiliyi Registri”nin nümayəndələri ilə birlikdə “Xing Yuan” gəmisinin sualtı gövdəsinin tədqiqini başa çatdırıblar.

Söhbət 2021-ci il dekabrın 6-da Xolmsk dəniz limanına yaxınlaşarkən sahildən 50 metr aralıda saya oturan “Xing Yuan” gəmisindən gedir.

“Seanews.az” xəbər verir ki,Syerra-Leone bayrağı altında üzən gəminin əsas mühərriki işləməyib, enerji təchizatı olmayıb. Kapitanının müraciətindən sonra heyət təxliyə edilib.

Dənizdə Xilasetmə Xidmətinin Saxalin bölməsinin peşəkar xilasetmə dəstəsi bir ilə yaxın gəmidə fövqəladə xilasetmə işləri aparıb. Saxalində çətin hava şəraiti və dayaz sular vəziyyəti xeyli çətinləşdirib. Əksər hallarda, hətta kiçik gəmilərdə belə, qəzalı gəmiyə yaxınlaşmaq mümkün olmayıb.

Xilasedicilər işlər başa çatdıqdan sonra yanacaq çənlərini mümkün olduğu qədər təmizləməyə çalışıblar və gəmi neft məhsullarından tamamilə təmizlənib.

İyunun 13-də Dənizdə Xilasetmə Xidmətinin dalğıcları “Rusiya Dəniz Gəmiçiliyi Registri”nin tələblərinə uyğun olaraq “Xing Yuan” gəmisinin gövdəsinin sualtı hissəsinə baxış keçiriblər. Dalğıclar gəminin gövdəsini və onun korroziya dərəcəsini diqqətlə yoxlayıblar. Yoxlama sənədləri “Xing Yuan” gəmisinin təcili zərərsizləşdirilməsinin konkret vaxtı və proseduru barədə qərar qəbul etmək üçün “Rosmorrechflot”a və “Rusiya Dəniz Gəmiçiliyi Registri”-nin  nümayəndəliyinə təqdim edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır