Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

ABŞ -ın nüvə sualtı qayığı Cənubi Koreyanın hərbi dəniz bazasına gəlib

ABŞ Hərbi Dəniz Qüvvələrinin idarə olunan raket nüvə sualtı qayığı Vaşinqton bəyannaməsinin şərtlərinə uyğun olaraq 2017-ci ilin oktyabrından bəri ilk dəfə Cənubi Koreyaya gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Ohayo sinifli “USS Michigan” sualtı qayığı Busan hərbi dəniz bazasına gəlib. Bildirilir ki, sualtı gəmi “Tomaqavk” qanadlı raketləri ilə təchiz olub. Aprel ayında Vaşinqtonda keçirilən sammit zamanı ABŞ Şimali Koreyanı cilovlamaq üçün nüvə sualtı qayıqları göndərəcəyini vəd edib.

Koreya Respublikası və ABŞ arasında əməkdaşlığı gücləndirmək və Şimali Koreyadan artan təhlükəyə cavab tədbirləri hazırlamaq üçün birgə təlimlərin keçirilməsi də planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır