Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

Marşal Adaları bayrağı altında üzən quru yük gəmisində yanğın baş verib

Yaponiya dənizinin sularında, Naxodkadan 85 km cənubda, Çin Xalq Respublikasından Vostoçnı limanına gedən quru yük gəmisinin maşın şöbəsində yanğın baş verib.

“Seanews.az” xəbər verir ki, Marşal Adaları bayrağı altında üzən gəmidə 24 heyət üzvü (Filippin və Türkiyə vətəndaşları) var.  Hadisə yerinə Dənizdə Xilasetmə Xidmətindən iki axtarış-xilasetmə gəmisi, həmçinin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Primorsk diyarı üzrə sərhəd idarəsinin iki gəmisi göndərilib.

Əməliyyat məlumatlarına əsasən, yanğın nəticəsində iki nəfər xəsarət alıb.

Yerli vaxtla saat 15:15-də zərərçəkənlər sahilə çıxarılıb. Fövqəladə Hallar Nazirliyinin Primorsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verir ki, vətəndaşlar təcili tibbi yardım əməkdaşları tərəfindən müayinə olunur, bundan sonra təxliyə edilənlər Naxodka şəhər xəstəxanasına yerləşdiriləcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır