Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

Süveyş kanalından 50,9 milyard dollar gəlir əldə edilib

2013-2022-ci illərdə Süveyş kanalından 50,9 milyard dollar gəlir əldə edilib.

“Seanews.az” Süveyş Kanalı Administrasiyasının (SCA) hesabatına istinadən xəbər verir ki, bu ilin birinci rübündə SCA-nın gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35% artaraq 2,3 milyard dollara çatıb.

Ən çox gəlir - 7 milyard dollar həcmində - 2021-2022-ci maliyyə ilində qeydə alınıb.

SCA-nın sədri Usama Rabinin proqnozuna görə, 2023-cü ildə kanalın gəliri 8,7 milyard dollara çatacaq.

Son 10 ildə Süveyş kanalından ümumi tonajı 11,1 milyard ton olan 186,9 min gəmi keçib.

Cari il martın 13-də bir gündə kanaldan rekord sayda - 107 gəmi keçdiyi qeydə alınıb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır