

Norveç tərsanələrində Rusiyanın altı balıqçı gəmisi saxlanılır
Rusiyaya məxsus 6 balıqçı gəmisi Norveçdəki tərsanələrdə saxlanılır.
"İnterfaks" xəbər verir ki, bunu Balıqçılıq üzrə Federal Agentliyin rəhbəri İlya Şestakov Murmansk vilayətinin qubernatoru Andrey Çibislə görüşdə bildirib.
"Aydındır ki, norveçlilərin bizim balıqçı gəmilərimizin təmiri ilə bağlı qoyduğu məhdudiyyətlər qanunsuzdur. Onlar indi sadəcə olaraq öz zavodlarında altı balıqçı gəmimizi saxlayırlar", - Şestakov bildirib.
"Ümid edirik ki, sağlam düşüncə qalib gələcək və gəmiləri təmir etdikdən sonra buraxacaqlar, əks halda bu, sadəcə olaraq başqasının əmlakının ələ keçirilməsidir", - deyə o əlavə edib.
Xatırladaq ki, mayda Norveç Xarici İşlər Nazirliyi fövqəladə təmir işləri istisna olmaqla, Rusiya gəmilərinə planlı texniki qulluq və təmirə qadağa qoyulduğunu elan etmişdi.
“Seanews.az”