Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

Misir gəmisində yanğın nəticəsində üç britaniyalı turist itkin düşüb

Qırmızı dənizdə Misir sahillərində turist yaxtası yanıb.

APA xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Mail” tabloidi məlumat verib.

Qırmızı dənizin cənubundakı Marsa Alam kurort şəhəri yaxınlığında "Hurricane" adlı orta ölçülü sualtı qayığın alovlanması nəticəsində 12 ekipaj üzvü və 12 britaniyalı turist xilas edilib.

Britaniya Xarici İşlər Nazirliyi Misir rəsmiləri ilə əlaqə saxladığını açıqlayıb.

İlkin məlumata görə, yanğına səbəb qısaqapanma olub. İndi hadisənin bütün şəraiti müəyyən edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır