Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

oniya “Aegis” sistemli gəmilərin döyüş növbəsi barədə əmri ləğv

Ötən ay keçirilən ABŞ-Şimali Koreya sammitindən sonra təhlükəsizlik sahəsində gərginliyin azaldığı bir vaxtda Yaponiyada “Aegis” sistemi ilə təchiz edilən gəmilərin döyüş növbəsinin ləğv olunması barədə əmr verilib. Şimali Koreyadan gözlənilən təhlükə müqabilində Yaponiya Yapon dənizində göyərtəsində “Aegis” radar sistemi olan esmineslərin döyüş növbəsini təşkil etmişdi. Həmin gəmilər bütün sutka ərzində fasiləsiz növbə çəkirdilər. Yaponiya Müdafiə Nazirliyi bildirib ki, bu barədə əmr iyunun sonlarında verilib. Bununla yanaşı, Müdafiə Nazirliyinin özünümüdafiə qüvvələrinə ölkə ərazisinə yaxınlaşan istənilər raketi vurmaq barədə əmri hələ də qüvvədə qalır. Həmçinin nazirlikdən bildiriblər ki, vəziyyət dəyişəcəyi təqdirdə həmin gəmilər yenidən döyüş növbəsinə qaytarılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır