Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-20,
Seanews
Heyder Eliyev

“Fincantieri” növbəti sualtı qayığın inşası üçün İtaliya parlamentindən icazə alıb

İtaliya gəmiqayırma şirkəti “Fincantieri” 2021-ci ildə müqavilə bağladığı ilk 2 sualtı qayıqla yanaşı, üçüncü sualtı qayığın inşası üçün İtaliya parlamentindən icazə alıb.

Ordu.az xəbər verir ki, təsdiqləmə fevral ayında kritik dizayn baxışı da daxil olmaqla, aylarla davam edən inzibati prosedurlardan sonra alınıb.

Bununla belə, yeni “U212 NFS” üçün istehsal qrafiki ilə bağlı heç bir açıqlama verilməyib.

“Fincantieri” yalnız ilk 2 sualtı qayığın 2027 və 2029-cu illərdə təhvil veriləcəyini, bu ayın sonunda üçüncü qayıq üçün təməlqoyma mərasimi keçiriləcəyini açıqlayıb.

“Fincantieri” yeni sualtı qayığın “Leonardo”nun döyüş idarəetmə sistemi də daxil olmaqla, İtaliya müdafiə sənayesinin ən son texnologiyasını özündə birləşdirəcəyini bildirib.

Bundan əlavə, 2 müdafiə şirkəti İtaliyanın cənubundakı İtaliya Hərbi Dəniz Qüvvələrinin Sualtı Qayıq Mərkəzində yaradılacaq yeni simulyasiya və təlim laboratoriyasında əməkdaşlıq edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır