

Alimlər Arktikada gəmiçilik üçün çətinliklərin yaranacağını proqnozlaşdırırlar
Arktikada dəniz buzlarının sürətlə geri çəkilməsi Şimal Buzlu Okeanının naviqasiya üçün əlçatanlığını artırır. Bununla belə, transarktik marşrutların inkişafı ilə bağlı proqnozlar məsafələri azaltmaqla nəqliyyat xərclərinə qənaət etmək baxımından nikbin ola bilər. Səbəb isə bu ərazidə dəniz dumanınınartmasını nəzərə almamalarıdır.
“Seanews.az” xəbər verir ki, Çin alimləri Arktikada gəmiçilik üçün çətinliklərin olacağını proqnozlaşdırırlar.
Arktikada gəmiçilik perspektivləri buz əridikcə Şimal Buzlu Okean üzərində artan duman səbəbindən əvvəllər düşünüldüyü qədər optimist olmaya bilər.
Çinli mütəxəssislərin “Geophysical Research Letters” jurnalında dərc olunmuş araşdırmasında belə deyilir.
Alimlərin iddialarına görə, dəniz dumanı ilə əlaqədar bir gündən dörd günədək gecikmələr ola bilər ki, bu da Şimal Dəniz Marşrutu üçün əvvəllər düşünüldüyündən 4-11% çoxdur.
Qeyd edək ki, Şimal Dəniz Marşrutu üzrə yük axınlarının 2024-cü ildə 80 milyon ton, 2030-cu ildə 150 milyon ton, 2035-ci ildə isə 220 milyon tona çatdırılması nəzərdə tutulur.