

Tripoli ilə İstanbul arasında gəmi səfərləri başlayıb
Liviyanın paytaxtı Tripoli ilə İstanbul arasında gəmi səfərləri başlayıb.
"Seanews.az" xəbər verir ki, bu barədə məlumat Misrata Dəniz Vağzalının "Facebook" hesabında paylaşılıb.
Paylaşımda qeyd edilib ki, "Kevalay Queen" gəmisi İstanbulun Zeyport Limanına getmək üçün Tripolidəki əş-Şiab Limanından ayrılıb.
Xatırladaq ki, 25 ildən sonra "Karanfil Group", "Kevalay Tourism" və Liviya Dəmir-Polad şirkəti (LISCO) ortaqlığı ilə 1 dekabr 2021-ci ildə Liviyanın Misrata şəhəri ilə Türkiyənin İzmir şəhəri arasında gəmi səfərləri başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır