Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

Dokda aşmış tədqiqat gəmisi suya salınıb

Şotlandiyanın  Edinburq limanında dokda çevrilən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Petrel” tədqiqat gəmisi yedək gəmilərinin köməyi ilə suya salınıb.

“Seanews.az” xəbər verir ki, gəminin stabilləşdirilməsi üçün iş görülüb, daha sonra gəmi qiymətləndirmə və təmir işləri aparılması məqsədilə körpüdə yerləşdirilib.

Gəminin çevrilməsi nəticəsində 35 nəfərin yaralandığı bildirilir. Hadisə ilə bağlı Əməyin mühafizəsi və sənayedə işlərin təhlükəsizliyi idarəsi araşdırmalara başlayıb.

Qeyd edək ki, uzunluğu 76,43 metr, yükgötürmə qabiliyyəti 3371 ton olan “Petrel” gəmisi 2003-cü ildə tikilib.  Gəmi pandemiya məhdudiyyətləri səbəbindən 2020-ci il sentyabrın 3-dən dokdadır. Əvvəllər “Microsoft”-un həmtəsisçisi Paul Allen-ə məxsus olan gəmi 2022-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə satılıb və hazırda ABŞ-ın “Oceaneering International” şirkəti tərəfindən idarə olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır