

“TCG “Anadolu”nun bir donanma olaraq üzməsini gözləyirik”
“TCG “Anadolu”nun Hava Hücumundan Müdafiə sistemi ilə birlikdə bir donanma olaraq üzməsini gözləyirik”.
Ordu.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.
Onun sözlərinə görə, əsas odur ki, yeni məhsuldan istifadə edilsin.
“Biz HHM sistemini “İstif” sinfinə inteqrasiya edirik. Prioritetimiz “İstif” sinfinə məxsus freqatlarla qanadlı raketdən istifadə etməkdir, lakin “İstif” sinfinə məxsus bütün gəmilər işə salınana qədər TCG “Anadolu” digər gəmilərimizdən də istifadə edəcək”, - deyə Dəmir qeyd edib.
TCG “Anadolu” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimlə ölkənin Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilib. Dünyada bu miqyasda gəmiləri olan 12 ölkə var. Bu kontekstdə TCG “Anadolu” üzərinə enmə-qalxma icra edəcək Pilotsuz Uçuş Aparatları (PUA) ilə dünyanın ilk PUA gəmisi olacaq.