Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

“DP World” terminallarının konteyner dövriyyəsi 19,5 milyon TEU-nu keçib

“DP World” terminallarının konteyner dövriyyəsi 2023-cü ilin birinci rübü üçün 19,5 milyon TEU təşkil edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə konteynerlərin ümumi həcmi 1,4% artıb.

“Seanews.az”-ın məlumatına görə, “Jebel Ali” Terminalında (BƏƏ) yük aşırılması illik müqayisədə 2,3% artaraq 3,5 milyon TEU olub.

Konsolidə edilmiş səviyyədə terminal operatorları 2023-cü ilin yanvar-mart aylarında 11,4 milyon TEU işləyiblər ki, bu da  2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,7% çoxdur.

Logistika və digər xidmətlərin təminatçısı olan “DP World” (Dubay, BƏƏ) dəniz terminallarının ən böyük operatorlarından biridir. “DP World”-in aktivlərinə Hindistan, Afrika və Yaxın Şərqdə tikintisi davam etdirilən terminal layihələri də daxil olmaqla, altı qitənin 45-dən çox liman ölkəsində 150-dən çox dəniz terminalı daxildir. Liman operatoru konteynerlərin idarə edilməsi üzrə ixtisaslaşmışdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır