

Klaypeda limanında gəmiçilik kanalının dərinləşdirməsi işləri 94,1 milyon avroya başa gəlib
Litvanın Klaypeda Dövlət Dəniz Limanında gəmilərin hərəkəti üçün kanal aprelin 24-dən fəaliyyətə başlayıb.
“Seanews.az” xəbər verir ki, bu barədə məlumatı Litvanın Rabitə Nazirliyi yayıb. Gəmiçilik kanalının daxili reyddə dərinliyi 15,5 metr, kənar reydə isə 16 metrə çatır.
Dərinləşdirmə işləri 94,1 milyon avroya başa gəlib. Litva Avropa İttifaqının verdiyi 28 milyon avro hesabına xərcləri qismən ödəyə bilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır