

Estoniya dənizçilərinin həmkarlar ittifaqı “Tallink” gəmiçilik konserninin ixtisar planlarına reaksiya verib
Estoniya dənizçiləri həmkarlar ittifaqının rəhbəri Yuri Lember “Tallink” gəmiçilik konserninin yüzlərlə əməkdaşını işdən çıxarmaq qərarına münasibət bildirib.
"Bizim üçün bu, bir qədər təəccüblüdür. Çünki hazırda Avropada mehmanxana kimi fəaliyyət göstərən gəmilər - mən “Viktoriya” və “Silja Europe”-nı nəzərdə tuturam - Estoniyada yalnız ixtisar edilmiş tərkibdə texniki heyət var. Xidmət personalı arasında isə bir nəfər belə “Tallink”-in əməkdaşı yoxdur. Deməli, bütün bunlar kifayət qədər mübahisəlidir və biz burada problem görürük”, - Yuri Lember bildirib.
“Seanews.az” daha əvvəl xəbər verdiyi kimi, “Tallink Grupp” Estoniyadakı törəmə şirkəti “Hansaliin OÜ”-nin 400 əməkdaşını ixtisar edəcək.
Konserndə bildiriblər ki, Estoniyada ixtisarlar əsasən gəmilərə texniki xidmət göstərən personalı əhatə edəcək.
“Seanews.az”