Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

“Tallink” gəmiçilik konserni kütləvi ixtisar elan edir

“Tallink” gəmiçilik konserni Latviya və Estoniya həmkarlar ittifaqlarını 500 işçini ixtisar etmək planları barədə məlumatlandırıb.

“Seanews.az” bu barədə “LETA” agentliyinə istinadən xəbər verir.

Qrupun Estoniyadakı “Hansaliin OÜ”  törəmə şirkəti 400 əməkdaşını, “Tallink Latvija” isə 100 əməkdaşını ixtisar edəcək.

Konserndən bildiriblər ki, Estoniyada ixtisarlar əsasən gəmilərə texniki xidmət göstərən personala, Latviyada isə texniki sahədə çalışanlara aiddir.

“Tallink Group”-un İdarə Heyətinin sədri Paavo Nõgenenin sözlərinə görə, ixtisarlar bir neçə il əvvəl heyətsiz icarəyə götürülmüş “İsabelle”, “Star” və bir neçə başqa gəminin uzunmüddətli icarələri ilə əlaqədar həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır