Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

Birinci rübdə Helsinki limanının xidmətindən 1,6 milyon sərnişin istifadə edib

2023-cü ilin yanvar-mart aylarında Finlandiyanın Helsinki limanının yük dövriyyəsi 3,5 milyon ton olub. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5% azdır.

Liman administrasiyasının məlumatına görə, yüklərin konteynerlərdə aşırılması 7,6% azalaraq 2,8 milyon ton, balker yükləri 25,5% artaraq 390,7 min ton, digər yüklər 11,8% azalaraq 219,3 min ton təşkil edib.

Konteyner dövriyyəsi 16% azalaraq 96,15 min TEU-ya düşüb.

Liman vasitəsilə 163,5 min texnika daşınıb ki, bu da 3,5% az deməkdir.

Limandan keçən sərnişinlərin sayı 58,4% artaraq 1,6 milyon nəfərə çatıb.  Hesabat dövründə limana 1758 gəmi yan alıb ki, bu da 5,2% çox deməkdir.

Qeyd edək ki, 2022-ci ildə Helsinki limanının yük dövriyyəsi 15,18 milyon ton təşkil edib.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır