

MPA və “Shell” dəniz gəmiçiliyində sıfır tullantıya nail olmaq sahəsində əməkdaşlığı genişləndirirlər
Sinqapurun Dəniz və Liman İdarəsi (MPA) və “Shell Eastern Trading Pte Ltd” (“Shell”) şirkəti dəniz gəmiçiliyində sıfır tullantıya nail olmaq sahəsində əməkdaşlığı genişləndirmək üçün anlaşma sazişi imzalayıblar.
“Seanews.az”-ın məlumatına görə, beşillik plan çərçivəsində hər iki tərəf elektrik güc qurğuları ilə işləyən liman gəmilərinin və belə gəmilərin akkumulyatorlarının doldurulması üçün sahil infrastrukturunun inkişafı üzərində işləyəcək. Digər fəaliyyət istiqaməti alternativ gəmi yanacaqları sahəsində birgə tədqiqatlardır. Xüsusilə şirkətlər bu cür yanacağın idarə edilməsi, gəmilərin istismarı və texniki xidməti üzrə heyətlərə təlim də keçəcəklər.
Razılaşma “Shell”-in Sinqapurun ilk elektrik bərəsinin işə salınması mərasimi çərçivəsində imzalanıb. Şirkət bu gəmini yaratmaq üçün yerli Sinqapur gəmi istehsalçısı və gəmi sahibi “Penguin International” ilə əməkdaşlıq edib. Elektrik bərə 2023-cü ilin may ayından Pasir Panjanq Terminalı və Pulau Bukom arasında “Shell”-in personalını, podratçılar və qonaqları daşımağa başlayacaq. Bu ilin avqustunda daha iki elektrik bərəsi istifadəyə veriləcək.