Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-05,
Seanews
Heyder Eliyev

“COSCO”-nun Hamburq terminalında pay almaqla bağlı müqaviləsinə yenidən baxıla bilər

Almaniya hökuməti Çinin “COSCO Shipping Port Limited” (“CSPL”) şirkətinin “HHLA Container Terminal Tollerort”-da (“CTT”)  24,9%-dən az pay alması ilə bağlı müsbət qərarını geri götürə bilər,

“Seanews.az”-ın məlumatına görə, Almaniya 2022-ci ilin oktyabrında razılaşmanı dərhal deyil, müəyyən şərtlərlə təsdiqlədi, çünki hökumətdə razılaşma ilə bağlı fikir ayrılıqları var idi. Hakimiyyət ölkənin Çindən asılı olacağından qorxurdu.

“Yanvar ayında “HHLA” şirkəti  yekun detalların hələ yekunlaşmadığını, lakin müqavilənin tezliklə bağlana biləcəyini planlaşdırırdı”, - “HHLA”-nın bəyanatında deyilir.

Bununla belə, Federal İnformasiya Təhlükəsizliyi İdarəsi “HHLA CTT” terminalını strateji əhəmiyyətli infrastruktur kimi tanıdı və Almaniya hökumətinə sövdələşməyə yenidən baxmağı tövsiyə etdi.

Almaniya İqtisadiyyat Nazirliyi məsələni və mümkün nəticələrini araşdıracağını bildirib.

Xatırladaq ki,” HHLA” və “CSPL” 2021-ci ilin payızında Çin şirkətinin “Container Terminal Tollerort” Terminalında 35% pay alacağı ilə bağlı müqavilə imzalayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır