

ABŞ Rusiyanın “Dövlət Nəqliyyat Lizinq Şirkəti” ASC-nin baş direktoruna və şirkətlə əlaqəli 16 gəmiyə sanksiya tətbiq edib
ABŞ Rusiyanın “Dövlət Nəqliyyat Lizinq Şirkəti” ASC-nin baş direktoru Yevgeni Ditrikə və şirkətlə əlaqəli 16 gəmiyə sanksiya tətbiq edib.
“Seanews.az” xəbər verir ki, siyahı ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.
Ümumilikdə sanksiya siyahısına 34 nəfər, 19 gəmi, 91 şirkət, təşkilat və müəssisə əlavə edilib.
Sanksiyalara məruz qalan şəxslərin arasında Rusiya Federasiyası Baş nazirinin müavini Marat Xusnullin də var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır