Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-05,
Seanews
Heyder Eliyev

Koreya tərsanələri ilin sonuna qədər daha 3100 əcnəbini işə götürəcəklər

Koreyanın üç ən böyük gəmiqayırma zavodu – “HD Hyundai Heavy Industries”, “Samsung Heavy Industries” və “Daewoo Shipbuilding & Marine Engineering” (“DSME”) bu ilin sonuna qədər əlavə 3100 əcnəbini işə götürməyi planlaşdırır.

“Seanews.az”-ın məlumatına görə, 2022-ci ilin noyabrından 2023-cü ilin martına qədər “HD Hyundai” artıq 580, “Samsung Heavy” və “DSME” isə müvafiq olaraq 500 və 600 əcnəbini işə götürüb.

Xarici nəşrlərin yazdığına görə, nəhəng LNG daşıyıcıları üçün böyük miqyaslı sifarişlər sayəsində Koreya tərsanələrinin qarşıdakı dörd il üçün işi çoxdur. Fevralın sonunda bu gəmiqayırma zavodlarının ümumi sifariş kitabçası dəyər ifadəsində 119,5 milyard dollar təşkil edib. Eyni zamanda, 2022-ci ilin dekabr ayının sonuna olan vəziyyətə görə, işçilərin sayı 2014-cü ildən təxminən iki dəfə azalaraq 203,4 min nəfərdən 95 min nəfərə düşüb.

Koreya gəmiqayırma şirkətləri əcnəbi mütəxəssislərə getdikcə daha çox güzəştlər və əlverişli iş şəraiti təklif edirlər. Məsələn, “Hyundai Heavy” bu yaxınlarda xarici mütəxəssislərin müəssisəyə tez uyğunlaşmasına kömək etmək üçün səkkiz dildən peşəkar tərcüməçilər şöbəsi yaradıb.

Xatırladaq ki, Cənubi Koreyada gəmiqayırma sənayesi kadr çatışmazlığı və qocalma ilə üzləşib. İşçi qüvvəsi çatışmazlığının əsas səbəbləri əmək haqqının aşağı olması və əmək haqqı baxımından yüksək rəqabətdir. Hələ ötən ilin sonunda ekspertlər 2023-cü ilin ikinci rübündə artıq 10 minə yaxın mütəxəssisin çatışmayacağını iddia edirdilər. Bununla bağlı cari ilin fevral ayından Koreya tərsanələrinə təcrübəsi olmayan əcnəbi qaynaqçılar işə qəbul edilib. Lakin bu tədbir müvəqqəti xarakter daşıyır. Əvvəllər işə müraciət edərkən 2 il təcrübə tələb olunurdu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır