Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-05,
Seanews
Heyder Eliyev

“Advario” alternativ yanacaq terminalının tikintisi üçün Rotterdam limanında torpaq sahəsi alıb

Niderlandın “Advario Projects B.V.” şirkəti  “Aluminium & Chemie B.V.” (Aluchemie) ilə alqı-satqı müqaviləsi imzalayıb və bununla da “Aluchemie”-dən Rotterdam limanında torpaq sahəsi icarəyə götürmək hüququnu əldə edib. Sahənin 2025-ci ilin sonuna qədər təhvil-təslim üçün hazır olması nəzərdə tutulur.

“Seanews.az”-ın məlumatına görə, alınan torpaq sahəsində “Advario” tərəfdaşları ilə enerji ehtiyatlarının, o cümlədən alternativ yanacaqların saxlanması üçün terminalın tikintisi layihəsini həyata keçirməyi planlaşdırır. Rotterdam Liman İdarəsinin baş direktoru Allard Kastel bildirib ki, “Advario” şirkəti "limanın mərkəzindəki bu böyük sahəni gələcəyin enerji, yanacaq və kimyəvi maddələr üçün ən müasir anbarına çevirməyi planlaşdırır".

Enerji anbarlarının tikintisində 50 ildən artıq təcrübəsi olan “Advario” şirkəti kimyəvi maddələrə, qazlara və ammonyak və hidrogen kimi yeni məhsullara sərmayə qoyur.

Rotterdamdakı 26 hektarlıq yeni sahə Botlekin mərkəzində yerləşir. Yerləşdiyi əraziyə görə gələcək terminalın mövcud hidrogen və karbon qazı boru kəmərləri şəbəkələrinə çıxışı olacaq. Sahəni təhvil verməzdən əvvəl, “Aluchemie” sahəni hazırlayacaq və yerüstü və altındakı bütün strukturları sökəcək və torpağı bərpa edəcəkdir. İşlər 2025-ci ilin son gününədək  başa çatdırılmalıdır, bundan sonra “Advario” tikintiyə başlaya biləcək.

Rotterdam Avropanın inkişaf etmiş infrastruktura malik ən böyük liman mərkəzidir. 120 terminalı olan Rotterdam limanının illik dövriyyəsi orta hesabla 450 milyon təşkil edir. Limanın səhmlərinin 70%-i şəhər bələdiyyəsinə, 30%-i isə dövlətə məxsusdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır