

Tunis sahillərində miqrantları daşıyan 2 qayıq batıb, 4 nəfər ölüb
Tunisin cənub sahillərində qeyri-qanuni miqrantları daşıyan 2 qayığın batması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Sfax şəhərindən 35 mil uzaqlıqda batan birinci qayıqda olan 17 nəfər xilas edilib, 20-yə yaxın immiqrant isə itkin düşüb. Mühacirlərin axtarış-xilasetmə işləri davam edir.
Aralıq dənizində batan ikinci qayıqda 43 qeyri-qanuni miqrantın olduğu bildirilir. Onlardan 36-sının xilas edildiyi, 4-nünü cəsədinin tapıldığı, 3 nəfərin isə dənizdə batdığı bildirilir.
Hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya səyahət etmək üçün Tunisə gəlir. Tunisdə mühacir məhəllələrində yaşayan mühacirlərin bir qismi Avropaya çatmağı bacarsa da, bəziləri dənizdə ölür.