

Hamina-Kotka limanının yük dövriyyəsi artıb
2023-cü ilin yanvar-mart aylarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5% artaraq 3,8 milyon tona çatıb.
“Seanews.az”-ın məlumatına görə, ixrac yüklərin aşırılması 11,3% azalaraq 2,39 milyon tona, maye yüklərin aşırılması 8 dəfə azalaraq 72,2 min tona enib.
İdxal edilən yüklərin aşırılması 67% artaraq 1,4 milyon tona, maye yüklərin aşırılması 28 faiz artaraq 292,78 min tona çatıb.
Tranzit daşımaların həcmi 773,7 min ton olub ki, bu da keçən ili müvafiq dövrü ilə müqayisədə 27,4% az deməkdir.
Limanın konteyner dövriyyəsi 0,3% artaraq 142 min TEU gəmilərin limana daxil olmalarının sayı 5,6% artaraq 601 təşkil edib.
Qeyd edək ki, Finlandiyanın ən şərq limanının limanın yük dövriyyəsi 2022-ci ildə 16,3 milyon ton olub.