Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-05,
Seanews
Heyder Eliyev

“Adani Ports & SEZ” şirkəti Hindistanın Karaikal limanını alıb

 

Hindistanın “Adani Ports & Special Economic Zone Ltd” (“APSEZ”) liman və logistika şirkəti  “Karaikal Port Private Limited” (“KPPL”) şirkətini alıb.

“Seanews.az”-ın məlumatına görə, Karaykal limanı Hindistanın şərq sahilində il boyu fəaliyyət göstərən dərin sulu yükaşırma müəssisəsidir. Limanın tikintisi ölkə hökuməti tərəfindən dövlət-özəl tərəfdaşlıq çərçivəsində istismarı və sonradan mülkiyyətə verilməsini nəzərdə tutan sxem üzrə həyata keçirilib və 2009-cu ildə istifadəyə verilib. Bu, Çennai və Tutikorin arasında yeganə böyük limandır və onun strateji mövqeyi Mərkəzi Tamilnadın zəngin sənaye sahələri ilə əlaqə saxlamağa imkan verir.

Limanın dərinliyi suya oturumu 14 metrədək olan gəmilərin akvatoriyaya daxil olmasına imkan verir. Ümumi torpaq sahəsi 242,8 hektardan çox olan liman infrastrukturuna beş aktiv yanalma körpüsü, üç dəmir yolu xətti, vaqonların və yük maşınlarının avtomatik yüklənməsi sistemləri daxil olmaqla mexanikləşdirilmiş toplu yüklərin aşırılması sistemi, müxtəlif kranlar, anbarlar, maye yüklər üçün 4 saxlama çəni və sair daxildir.

Limanın illik layihə gücü 21,5 milyon tondur. Liman əsasən sement, gübrə, əhəngdaşı, polad və maye yüklərin aşırılması üzrə ixtisaslaşıb. Naqapattinamda (Tamilnad) tikilmiş CPCL neft emalı zavodu (ildə 9 milyon ton) sayəsində Karaykal limanı əlavə böyük həcmdə maye yükləri işləyir.

Karaykal limanının 14,8 milyard rupiyə (təxminən 14 milyard rubl) alınması ilə “APSEZ” hazırda Hindistanda 14 limanı idarə edir.

“APSEZ”-in baş direktoru Karan Adani bildirib ki, şirkət müştərilər üçün logistika xərclərini azaltmaq, liman infrastrukturunu təkmilləşdirmək məqsədilə daha 8,5 milyard Hindistan rupisi (təxminən 8 milyard rubl) investisiya qoymağı planlaşdırır. “APSEZ” növbəti beş il ərzində limanın yük dövriyyəsini iki dəfə artırmaq, həmçinin Karaikalı çoxməqsədli limana çevirmək üçün konteyner terminalı tikmək niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır