Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-05,
Seanews
Heyder Eliyev

Anaklia limanının tikintisi 2023-cü ilin payızında bərpa oluna bilər

Gürcüstanın Anaklia limanının tikintisi 2023-cü ilin payızında bərpa oluna bilər.

“Seanews.az”-ın məlumatına görə, bu barədə Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

“Ümumilikdə demək istəyirəm ki, bu il bizim kifayət qədər müsbət gözləntilərimiz var. Biz həmçinin Anakliya limanının tikintisinə başlamaq kimi ciddi iri layihələrə start verməyi planlaşdırırıq. Biz tikintiyə bu ilin payızında başlamaq istəyirik”, - deyə İrakli Qaribaşvili bildirib.

Xatırladaq ki, Anaklia limanının tikintisinə 2017-ci ildə start verilsə də, sonradan işlər dayandırılıb. 2020-ci ilin yanvarında səlahiyyətlilər, investor maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün Anaklia İnkişaf Konsorsiumu ilə müqaviləni ləğv edib.

Tikinti işlərinin bərpası dövlət-özəl tərəfdaşlıq çərçivəsində baş tutacaq, burada səhmlərin 51%-i dövlətə, 49%-i isə özəl şirkətə məxsus olacaq. Birinci mərhələsi başa çatdıqdan sonra Anaklia limanında ildə 7,8 milyon ton yük aşırılacaq.

Hazırda Gürcüstanda iki liman var - Batumi və Poti. Əsas yük axını Potidən keçir, lakin bu limanın mənfi cəhəti onun kifayət qədər dərin olmaması ilə bağlıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır