

IMO-nun Baş katibi vəzifəsinə 7 namizəd iddialıdır
Beynəlxalq Dəniz Təşkilatının (IMO) hazırkı Baş katibi Kitak Limin (Cənubi Koreya) səlahiyyət müddətinin 2023-cü il dekabrın 31-də başa çatması ilə əlaqədar 7 üzv dövlət bu vəzifəyə bir namizəd irəli sürüb.
IMO-nun mətbuat xidmətinin məlumatına görə namizədlərin siyahısına aşağıdakılar daxildir: Banqladeşdən - Moin Uddin Əhməd; Türkiyədən - Suat Hairi Aka; Panamadan - Arsenio Antonio Dominguez Velasco; Dominikadan - Kleopatra Dumbiya-Henri; Keniyadan, Nensi Karigitu; Finlandiyadan - Minna Kivimäki, Çindən - Zhang Xiaojie.
İMO Şurası 2022-ci ilin dekabrında keçirilən 128-ci sessiyasında Baş katibin seçilməsi prosedurunu təsdiqləyib. Seçkilər iyulun 18-də təşkilatın Londondakı baş ofisində keçiriləcək.
Bu seçkilərdən sonra şuranın qərarı IMO Assambleyasının 2023-cü ilin sonuna planlaşdırılan 33-cü sessiyasının təsdiqinə təqdim ediləcək. Seçilmiş Baş katib 2024-cü il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.
“Seanews.az”