

Türkiyədən Sankt-Peterburq vasitəsilə konteyner daşımaları daha cəlbedici olur
Türkiyədən Sankt-Peterburq vasitəsilə konteyner daşımaları artır.
“Seanews.az” xəbər verir ki, bu barədə Rusiyanın Strateji Araşdırmalar Mərkəzinin İnfrastruktur Sektorlarının İqtisadiyyatı Departamentinin rəis müavini Dmitri Çernenok “Nəqliyyatda rəqəmsallaşma” konfransı zamanı bildirib.
"Sankt-Peterburq vasitəsilə fəal şəkildə daşınma başlanıb. Türkiyə limanlarından Sankt-Peterburqa və daha sonra Urala, Mərkəzi Federal Dairəyə daşıma daha ucuz başa gəlir", - deyə ekspert izah edib.
Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarının konteyner dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,4% azalaraq 1,8 milyon TEU olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır