Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-05,
Seanews
Heyder Eliyev

Gəmi sahibləri tankerləri rekord qiymətə satırlar

Avropa şirkətləri itkilərin yerini doldurmaq məqsədilə tankerlərini satır, naməlum alıcılar isə yeni marşrutlar üzrə Rusiya yanacağını daşımaq üçün gəmilər almağa davam edirlər.

“Seanews.az” xəbər verir ki, ay ərzində 54 gəmi satılıb. Buna baxmayaraq, yalnız 12 halda alıcılar məlumdur.

Bir neçə gün əvvəl Almaniyanın “German Tanker Shipping” gəmiçilik şirkəti birdəfəyə rekord qiymətə 2 tanker satıb. 20 və 19 yaşlarını tamamlayan gəmilərin hər biri 15 milyon dollara satılıb.  Naməlum alıcılara satılan gəmilər buz sinfinə (1B) malikdir və Rusiyanın Baltikyanı limanlarından neft məhsullarının daşınması üçün yararlıdır.

“GTS”-in icraçı tərəfdaşı Frank Janqman bildirib ki, şirkət Rusiyadan neft məhsullarının nəqlindən imtina etməli olub. Ötən il daşıyıcı Almaniya və Böyük Britaniya limanlarında anbarlarında Rusiya neft məhsulları olan tankerlərin boşaldılmasında etirazlarla üzləşib. Ticarət sanksiyalarının gözlənilməz təsir təhlükəsi, o cümlədən qiymət tavanı şirkəti Rusiya bazarını tərk etməyə məcbur edib.

Ola bilsin ki, alman gəmi sahibi Rusiya neft məhsullarının daşınmasını dayandırıb, lakin Rusiya limanları vasitəsilə işləməyə davam edib. Bunu naviqasiya portallarının məlumatları sübut edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır