Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-17,
Seanews
Heyder Eliyev

“Zhonggu Shipping” liman və gəmiçilik biznesini inkişaf etdirmək istəyir

Çinin konteyner daşıyıcısı “Zhonggu Shipping” liman və gəmiçilik biznesini inkişaf etdirmək üçün “Shanghai International Port Group” (SIPG) ilə müqavilə imzalayıb.

“Seanews.az”-ın məlumatına görə, tərəflər Yantszı çayı iqtisadi kəmərinin inkişafına kömək etmək, həmçinin Şanxayda Beynəlxalq Gəmiçilik Mərkəzinin yaradılması barədə razılığa gəliblər.

Bundan əlavə, “Zhonggu Shipping” və “SIPG” konteyner və toplu yük daşımalarında əməkdaşlıq edəcəklər.

Fevral ayında “Zhonggu Shipping” Çin liman operatorları “Fujian Port Group” və “Anhui Port and Shipping Group” ilə əməkdaşlıq müqavilələri imzalayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır