Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

İstismardan çıxarılan təyyarədaşıyan gəmi Atlantik okeanında batırılıb

Braziliya Hərbi Dəniz Qüvvələri Atlantik okeanı sahillərində istismardan çıxarılan təyyarədaşıyan gəmini batırıb.

Gəminin batmasının okeanın çirklənməsinə səbəb olacağından ehtiyat edən ekoloqlar buna qarşı çıxıblar.

“Kommersant” xəbər verir ki, bu barədə “The Washington Post” yazır. A12 "Sao Paulo" təyyarədaşıyan gəmisi fevralın 3-də batırılıb.

Qeyri-kommersiya təşkilatlarının koalisiyası olan “Shipbreaking Platform” hesab edir ki, bu, dövlət tərəfindən maliyyələşdirilən ekoloji cinayətə bərabərdir. Braziliyanın ətraf mühit agentliyi gəmidən gələn çirkləndiricilərin suda yaşayan canlıların böyüməsinə mane ola biləcəyini və okeanın dibinə çarpılan gəminin ekosistemləri pisləşdirəcəyini söyləyib.

Batmış təyyarədaşıyan gəmi 1960-cı ildə Fransa Hərbi Dəniz Qüvvələri üçün istehsal edilib. O, Fransanın Sakit okeanda atmosfer nüvə sınaqlarında iştirak edib. 2000-ci ildə təyyarədaşıyan gəmini alan Braziliya 2018-ci ildə onu istismardan çıxarıb. 2021-ci ildə gəmi onu sökməyi planlaşdıran bir türk şirkətinə satılıb. Lakin yerli hakimiyyət orqanları təyyarədaşıyanda zəhərli maddələrin olduğunu aşkarladıqlarından gəmini qəbul etməkdən imtina ediblər.

Seanews.az

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır