ABS böyük turbinləri daşımaq üçün üzən sistem konsepsiyasını bəyənib
Böyük turbinləri daşımaq üçün nəzərdə tutulmuş yeni nəsil üzən sistem prinsipcə “ABS” tərəfindən təsdiq edilmişdir.
“Seanews.az”-ın məlumatına görə, Amerika Təsnifat və Sertifikatlaşdırma Cəmiyyətinin press-relizində belə deyilir.
“Bassoe D-Floater” texnologiyası 15 MVt gücündə və çəkisi 2 min tondan çox olan turbinlərin üzən özül üzərində daşınmasına və ən ağır ekoloji şəraitdə işləməsinə imkan verir.
“D-Floater” üç sütunlu, yarıdalma qabiliyyətinə malik, üçbucaqlı ponton konfiqurasiyasıdır və özüllərin bir-birinə yığılmasına imkan verir, ən azı beş hazır təməlin bir ağır nəqliyyat gəmisində daşınmasını və limanda saxlanmasını asanlaşdırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır