Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“GAC Group” “ESL Shipping”-in törəmə müəssisəsini satın alıb

Qlobal göndərmə və logistika xidmətləri provayderi “GAC Group” Finlandiyanın “ESL Shipping şirkətinin törəməsi olan İsveç gəmiçiliyi agenti “Norra Skeppningsgruppen” (“NSG2)-ni alıb. Müqavilə dekabrın 1-də bağlanıb.

“Seanews.az”ın məlumatına görə, “NSG” 2015-ci ildə yaradılıb və 2019-cu ildə “ESL Shipping”-in tərkibinə daxil olub. Şirkət İsveçin cənub-şərqindəki limanlarda gəmi agentliyi xidmətləri, habelə logistika və yükdaşıma xidmətləri göstərir. Şirkətin baş ofisi “GAC Sweden”-in ofisinin də yerləşdiyi Ukselösund şəhərindədir.

"GAC” logistika və dəniz xidmətləri seqmentini kruiz gəmiləri, üzən neft hasilatı, saxlama və boşaltma qurğularından tutmuş avtomobil daşıyıcılarına qədər bütün növ gəmilər üçün daha da inkişaf etdirmək məqsədi ilə “NSG”-ni alıb", - “GAC Group”-un bəyanatında deyilir.

“ESL Shipping” uzun illərdir ki, Finlandiyada “GAC” ilə işləyir və biz “NSG” biznesi üçün yaxşı və təcrübəli sahib tapdığımıza görə şadıq. “NSG”-nin satışı “ESL Shipping”-ə Baltik dənizi regionunda toplu daşıyıcı kimi əsas biznesinə diqqət yetirməyə imkan verəcək”, - deyə “ESL Shipping”-də bildiriblər.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır