Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Xəzər dənizi sahilində 2 500-ə yaxın ölü suiti tapılıb

Xəzər dənizinin Dağıstan sahillərində 2 500-ə yaxın suiti cəsədi tapılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi teleqramda məlumat yayıb.

Qeyd olunub ki, suitilər Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib.

Ölən heyvanların sayının hesablanması davam edir.

"Bu, son on ildə Xəzər suitilərinin ən kütləvi tələfatıdır. Səbəblər ölmüş heyvanların patoloji materialının laboratoriya tədqiqatlarından sonra müəyyən ediləcək", - məlumatda qeyd olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır